RU

Putin Dərbənddə Azərbaycan Teatrının açılışını etdi

Rusiya Prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidən qurulmuş binasının təntənəli açılışını edib.

News365.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı mərasimə videokonfrans vasitəsilə qatılıb.

Xatırladaq ki, bundan öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışında teatrın dərin tarixi köklərə malik olduğunu və 19-cu əsrin sonlarında Azərbaycan ziyalıları tərəfindən yaradılan “Türk dərnəyi” əsasında formalaşdığını vurğulamışdı.

Избранный
4
2
news365.az

5Источники