RU

Türkiyənin Türkmənistana polad ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Türkmənistana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 20 milyon 636 min 90 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Türkmənistana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 9 milyon 795 min 5 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 2 milyard 274 milyon 862 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 330 milyon 873 min dollar məbləğində polad ixrac edib.

Избранный
18
49
turkic.world

10Источники