
Finlandiya Müdafiə Qüvvələri Baltik regionunda Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə bağlı baş verən insidentlərə görə təhlükəsizlik tədbirlərini artırıb.
AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, Silahlı Qüvvələrin rəsmi saytında yer alan bəyanatda bildirilir ki, Ukraynanın Finlandiya körfəzinin şərq hissəsindəki Rusiya obyektlərinə zərbələrindən sonra ərazi bütövlüyünün qorunması məqsədilə müşahidə tədbirləri gücləndirilib.
Xatırladaq ki, fevralın 25-də Estoniyada, martın 23-də isə Litva və Latviyada Ukraynaya məxsus PUA-lar qəzaya uğrayıb. Finlandiya tərəfi hava məkanına qəsdən və ya təsadüfən daxil olan dronlara qarşı reaksiyaya hazır olduğunu və bu məqsədlə ölkənin cənub-qərbində hərbi hava və dəniz qüvvələrinin fəallığının artırıldığını qeyd edib.