RU

ŞOK: ABŞ Şiraz yaxınlığına minalar səpib

İranın cənubunda hərbi aktivliklə bağlı yeni iddia ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" nəşrində məlumat dərc olunub.

Məlumata görə, ABŞ İranın Şiraz şəhəri yaxınlığına havadan BLU-91/B tipli tank əleyhinə minalar səpib. Bu nəticəyə sosial şəbəkələrdə yayılan görüntüləri analiz edən ekspertlər gəlib.

Bildirilir ki, minalar şəhərdən təxminən 5 kilometr məsafədə yerləşən raket obyektinin yaxınlığına düşüb. Ekspertlərin fikrincə, məqsəd mobil raket qurğularının həmin əraziyə çıxışını çətinləşdirməkdir.

Qeyd olunur ki, bu minalar elektromaqnit sahəsinin dəyişməsinə reaksiya verərək partlayır, yəni əsasən ağır texnikaya qarşı nəzərdə tutulub. Bununla belə, onların insanlar tərəfindən yerinin dəyişdirilməsi zamanı da təsadüfən partlama ehtimalı var.

Minalar həmçinin özünü məhv etmə mexanizmi ilə təchiz olunub və bu, onların bir neçə saat və ya gün ərzində avtomatik partlamasına səbəb ola bilər.

Nəşr qeyd edir ki, bu tip sursatları daşıyan sistemlər eyni zamanda piyada əleyhinə minaları da səpə bilir. 

Ekspertlərin sözlərinə görə, ABŞ sonuncu dəfə bu cür minalardan 1991-ci ildə İran körfəzi müharibəsi zamanı istifadə edib.

Musavat.com

Избранный
22
musavat.com

1Источники