RU

İran Küveytin ən böyük limanını VURDU - VİDEO

İran Küveytin logistik baxımdan strateji əhəmiyyət kəsb edən ən böyük limanı olan Mübarək əl-Kəbirə zərbələr endirib.

Musavat.com xəbər verir ki, sözügedən liman Pentaqonun logistik əməliyyatlarında və Çin məhsullarının tranzitində aktiv şəkildə istifadə olunur.

Hadisə barədə məlumat Küveytin İctimai İşlər və Mənzil İnşaatı Nazirliyi yanında Hökumət Rabitə Mərkəzinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb.

Məlumatda bildirilir ki, Mübarək əl-Kəbir limanına ikiqat zərbə endirilib.

Hücum nəticəsində limanın infrastrukturuna ciddi ziyan dəydiyi qeyd olunur.

Hazırda xəsarət alanlar barədə hər hansı rəsmi məlumat verilmir.

Musavat.com

Избранный
27
musavat.com

1Источники