RU

Roman Popov: Azərbaycan hakimiyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edirəm

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Astara, 27 mart, AZƏRTAC

“Azərbaycan Respublikasına, onun hakimiyyətinə göstərdikləri köməyə görə təşəkkürümü bildirmək istərdim. Bu gün ikinci və üçüncü yük partiyaları çatdırıldı. Biri Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatı ilə təşkil edilmiş 300 ton tibbi ləvazimat, ikincisi isə Rusiya Federasiyası Dağıstan Respublikası Hökuməti tərəfindən göndərilmiş 150 ton qida məhsulları idi”.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Astarada jurnalistlərə açıqlamasında Rusiya səfirliyinin əməkdaşı Roman Popov bildirib.

“Bu gün göstərilən köməyə görə Azərbaycan Respublikasının hakimiyyətinə bir daha təşəkkürümü bildirmək istərdim. Sərhədi heç bir maneə olmadan keçdik. Xidmətlər dəqiq işləyir. Digər tərəfdən qayıtdığımız üçün İran İslam Respublikası xalqının qardaş Azərbaycan xalqına səmimi salamlarını və minnətdarlığını çatdırmaq istərdim” , - deyə Roman Popov bildirib.

Müxbir - İlkin Adıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
3
azertag.az

4Источники