RU

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Çin Xalq Respublikasının Ticarət Nazirliyi ABŞ-ın qlobal istehsal və təchizat zəncirlərini pozmağa, həmçinin ekoloji cəhətdən təmiz məhsulların ticarətinə maneələr yaratmağa yönəlmiş hərəkət və tədbirləri ilə bağlı ticarət maneələrinin araşdırılmasına başladığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, qurumun bəyanatına görə, ilkin məlumatlar göstərir ki, Vaşinqton ekoloji təmiz məhsulların ticarətinə mane olmaq məqsədilə bir sıra tədbirlər görüb.
 

Bunlara ABŞ-a məhsul ixracının məhdudlaşdırılması, yeni enerji layihələrinin həyata keçirilməsinin ləngidilməsi və ekoloji təmiz məhsullarla bağlı texnologiyalar sahəsində əməkdaşlığın məhdudlaşdırılması daxildir.


Araşdırmanın nəticələrinin 6 ay ərzində açıqlanacağı bildirilir.

Bizim.Media

Избранный
16
1
bizim.media

2Источники