RU

Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət alıb

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi "Nissan Sunny" minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxslərin müayinəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

​​​​​​"Cebheinfo.az"

Избранный
16
2
cebheinfo.az

10Источники