RU

"Wikipedia" süni intellektlə yazılan məqalələri qadağan edir

"Wikipedia" süni intellekt tərəfindən yaradılan məqalələrin istifadəsini məhdudlaşdırmaq qərarı verib.

Azreform.info Valyuta.az-a istinadən xəbər verir ki, platformanın yenilənmiş qaydalarına əsasən, redaktorların böyük dil modelləri (LLM) vasitəsilə birbaşa məqalə yazması və ya mövcud mətnləri yenidən tərtib etməsi artıq qadağandır. Qərarın əsas səbəbi bu cür kontentin doğruluq və etibarlılıq baxımından risk yaratması ilə izah olunur.

Bununla belə, Wikipedia süni intellektdən istifadəni tam dayandırmır. Redaktorlar yalnız dil düzəlişləri və ya digər dillərdən tərcümə kimi məhdud hallarda bu texnologiyadan yararlana biləcəklər.

Qeyd olunur ki, son dövrlərdə platformada yanlış məlumatlar və uydurma mənbələrə əsaslanan süni intellekt məzmunlarının artması bu qərarın verilməsinə səbəb olub. Platforma bildirir ki, əsas meyar mətnin doğrulanabilirliyi və neytrallıq prinsiplərinə uyğunluğudur.

Избранный
5
2
azreform.info

3Источники