RU

Balakəndə qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi açıqlanıb.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, xəsarət alanlar “Mazda” markalı avtomobilin sürücüsü, Zaqatala rayon sakini 34 yaşlı Nərgiz Nuriyeva, həmin avtomobildə olan sərnişin, 97 yaşlı Səadət Şabanova və “VAZ 2107” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini 19 yaşlı Dahil Rəcəbovdur.

Bildirilib ki, yaralılardan Nərgiz Nuriyeva və Dahil Rəcəbovun vəziyyəti qənaətbəxş, Səadət Şabanovanın isə orta-ağır qiymətləndirilir.



***
21:15

Balakən rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar olub.

APA-nın Şimal-qərb bürosu xəbər verir ki, hadisə Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, hərəkətdə olan “Mazda” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
36
4
apa.az

5Источники