RU

Azərbaycan–Türkiyə Birgə Media Platformasının komissiya və komitələri yaradılacaq (FOTO)

Bakı. Trend:

“Stratcom Summit 26” çərçivəsində Azərbaycan RespublikasınınMedianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhmədİsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətləƏlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasındaikitərəfli görüş keçirilib.

MEDİA-dan Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycanilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıqmünasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiyailə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsiməsələləri müzakirə olunub.

Vurğulanıb ki, qlobal informasiya məkanında baş verəntransformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artantəsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemliəməkdaşlığı zəruri edir.

Görüşün sonunda “Azərbaycan Respublikasının Medianın İnkişafıAgentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətləƏlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə MediaPlatformasının Birgə İşçi Komissiyasının və Komitələrininyaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb.

Qeyd edilib ki, sənəd tərəflər arasında institusionaləməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyətmexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanıngücləndirilməsini nəzərdə tutur.

Избранный
23
24
az.trend.az

8Источники