RU

Yağış səbəbindən qatarlar gecikə bilər – Xəbərdarlıq

Ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti səbəbindən təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi sahələrdə sürət həddi endirilib və nəticədə qatarların qrafikində qismən gecikmələr ola bilər.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) məlumat verib.

Qeyd olunub ki, hazırda qatarlar ümumilikdə qrafik üzrə hərəkət edir və bütün ərazilərə əməkdaşlar tərəfindən nəzarət edilir.

“Hərəkət iştirakçılarına bu cür havada dəmiryol keçidlərindən istifadə zamanı yüksək səviyyədə diqqətli olmağı və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, – deyə məlumatda qeyd edilib.

MənbəTREND
Избранный
27
8
banker.az

4Источники