RU

İran Səudiyyə Ərəbistanında hərbi bazaya zərbə endirib: 12 ABŞ əsgəri yaralanıb, KC-135 təyyarələrinə ciddi ziyan dəyib - YENİLƏNİB

İranın Səudiyyə Ərəbistanının Şahzadə Sultan aviabazasına hücumunda 12 ABŞ əsgəri yaralanıb.

BBC-nin xəbərinə görə, xəsarət alanlardan ikisinin vəziyyəti çox ağırdır.

Bazaya həm raket, həm də dronlarla hücum edilib.

Bazada olan iki ədəd KC-135 yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəydiyi bildirilib.

Pentaqon və ABŞ Mərkəzi Komandanlığı bu xəbərə hələlik şərh verməyib.


***

09:06

İranın Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Hava Bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 10 ABŞ hərbçisi yaralanıb.

Bu barədə CBS News məlumat yayıb.

Bildirilib ki, yaralılardan ikisinin vəziyyəti çox ağır, səkkizinin isə ağırdır.
 
 

Избранный
8
9
7news.az

10Источники