RU

Torreyra: ''Qalatasaray'' Avropada sonuncu klubum olacaq''

''Qalatasaray''ın aparıcı üzvlərindən olan uruqvaylı yarımmüdafiəçi Lukas Torreyra həmyerlisi Gilye Paradonun canlı yayınına qoşularaq maraqlı açıqlamalar verib.

Türkiyə karyerasında 4-cü mövsümünü keçirən və artıq 3 çempionluq qazanan 30 yaşlı futbolçu İstanbul nəhənginin heyətində 168 rəsmi oyunda forma geyərək aktivinə 10 qol, 16 məhsuldar ötürmə yazıb.

"Football-plus.az" xəbər verir ki, daha öncə dəfələrlə ''Boka Xuniors''da oynamaq arzusunu dilə gətirən Torreyra ''Qalatasaray''ın onun Avropadakı sonuncu klubu olacağını bildirib:

''Bəzən elə olur ki, azlıqda qaldıqda əksinə daha yaxşı köklənir və müdafiə olunuruq. ''Beşiktaş''a qarşı son oyunda yenə belə oldu. Zatən son 3 ildi, onlara qarşı demək olar, hər oyunda bizdən kimsə qovulur. Bəzən tam heyətlə oynadıqda bu dərəcədə yaxşı müdafiə oluna bilmirsən. Fikrimcə, ''Qalatasaray'' Avropa karyeramın sonuncu klubu olacaq. Başqa bir yerə getmək istəmirəm. Həm kluba, həm də məşqçiyə böyük hörmətim var. Ona minnətdaram. Çünki hər zaman mənə güvəndi və arxamda durdu. Federiko Valverde, Viktor Osimhen və Kilian Mbappe hazırda mənim üçün dünyanın ən güclü 3 futbolçusudu''.
Избранный
29
football-plus.az

1Источники