RU

Türkiyə Prezidentinin Təhlükəsizlik Şurasının üzvü: Ərdoğanla Azərbaycan Prezidentinin yaxın əlaqəsi regionda risklərin qarşısını alır

“Azərbaycan və Türkiyə liderlərinin yaxın əlaqəsi regionda risklərin qarşısını alır”.

Bu fikirləri APA-nın Türkiyə bürosuna Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Mehmet Akif Kireçci deyib.


Onun sözlərinə görə, ABŞ-İsrail və İran arasında müharibə Türkiyə və Azərbaycana təsir edəcək gücdədir və Türkiyənin hazırda qarşısında duran əsas prioritet sülhün əldə olunmasıdır.

Mehmet Akif Kireççi qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentlərinin birbaşa ünsiyyəti böhranların qarşısını alır: "İki ölkə arasında dostluq və qardaşlıq bölgədə mühüm balans yaradır. Bunu xüsusilə vurğulamaq lazımdır. İki lider arasında rəsmi prosedurlardan kənar, birbaşa və yaxın əlaqələrin olması bir çox risklərin qarşısını alır. Ani hadisələr zamanı sürətli ünsiyyət və qarşılıqlı etibar mexanizmi böhranlara baxmayaraq, ölkələri bir-birinə daha da yaxınlaşdırır”, - o qeyd edib.

Избранный
3
4
apa.az

6Источники