RU

Adambaşına restoran-kafelərə çəkilən xərclərin yüksək olduğu 10 rayon

2025-ci il üzrə Azərbaycanda adambaşına düşən ictimai iaşə dövriyyəsinin ən yüksək olduğu rayon və şəhərlərin siyahısı açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, restoran və kafelərə çəkilən xərclərin səviyyəsinə görə ölkə üzrə orta göstərici 274 manat təşkil edib.

Təqdim olunan statistikaya əsasən, bu göstərici üzrə liderlik Naftalan şəhərinə məxsusdur; burada adambaşına 1 316 manatlıq iaşə xərci düşür. Siyahıda ikinci yeri 863 manatlıq göstərici ilə paytaxtın inzibati mərkəzi tutur. Qəbələ rayonunda bu rəqəm 295 manat, Şamaxı rayonunda 205 manat, Şirvan şəhərində isə 188 manat təşkil edib.

İlk onluğun davamında Bərdə rayonu 184 manat, Xaçmaz və Xızı rayonları 183 manat, Gəncə şəhəri 171 manat, Göyçay rayonu isə 161 manatlıq göstərici ilə qərarlaşıb.

Избранный
23
fed.az

1Источники