RU

"Avropa Zelenskinin nüvə şantajının ilk qurbanı olacaq"

"Qərbi Avropa ölkələri Volodimir Zelenskinin nüvə şantajının ilk qurbanları olacaq".

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "İzvestiya"ya verdiyi müsahibədə bildirib.

"Əgər nüvə silahları Zelenskinin əlinə keçərsə, Qərbi Avropa onun nüvə şantajının qurbanı olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Kiyev təkcə “pul və silah tələb etməyəcək”, həm də ölkələrə öz rejiminin qorunması ilə bağlı şərtlər diktə edəcək.

Zelenski əvvəllər Ukraynaya təhlükəsizlik zəmanətləri ilə yanaşı, nüvə silahı da almaq istədiyini bildirmişdi. 

Избранный
29
50
unikal.az

10Источники