RU

Tailand İranla razılığa gəldi

Tailand Hörmüz boğazından keçid üçün İranla razılığa gəlib. 

“Cebheinfo.az“ Independent Persian” agentliyinə istinadən xəbər verir ki, Tailand və İran arasında Hörmüz boğazından neft tankerlərinin təhlükəsiz keçidi ilə bağlı razılıq əldə olunub. 

Bu barədə Tailandın Baş naziri Anutin Çarnvirakul yerli mətbuata məlumat verib. 

Baş nazirin sözlərinə görə, bu razılaşma yanacaq idxalı ilə bağlı narahatlıqları azaltmağa və enerji təchizatının davamlılığına inamı artırmağa kömək edəcək. 

O qeyd edib ki, əldə olunan anlaşma mart ayının əvvəlində baş verən fasilələrin təkrarlanma ehtimalını da azalda bilər.

Anutin Çarnvirakul, həmçinin vurğulayıb ki, hökumət böhranın vətəndaşlara təsirini minimuma endirmək üçün siyasətini mövcud şəraitə uyğunlaşdırmağa davam edəcək.

Qeyd edək ki, daha öncə Tailanda məxsus bir yük gəmisi Hörmüz boğazında SEPAH tərəfindən hücuma məruz qalıb və üç heyət üzvü itkin düşüb.

Избранный
30
cebheinfo.az

1Источники