ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur.
“Qafqazinfo” xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin yaradılmasından götürür.
“Qafqazinfo” əlamətdar günlə bağlı hazırlanmış videoçarxı təqdim edir:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.