RU

Yaponiya Azərbaycan neftinə keçmək niyyətindədir

Yaponiyaya məxsus INPEX korporasiyası Azərbaycan və Qazaxıstan ərazisində istehsal olunan neftin reallaşdırılması prosesində əsas diqqəti yerli Yaponiya müəssisələrinə yönəltmək qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məqalə dərc edib.

Məlumatda bildirilir ki, Hörmüz boğazının reallıqda bağlanması ehtimalı neft təchizatının etibarlılığına dair təşviş yaradır. Buna görə də hazırkı dövrdə xam neft tələbatının 90 faizdən çox hissəsini Yaxın Şərq regionundan idxal edən Yaponiya üçün şirkət alternativ təchizat marşrutları formalaşdırmağı planlaşdırır.

Qazaxıstan və Azərbaycandan ixrac ediləcək xam neft Aralıq və Qırmızı dənizlərdən daşınacaq. Tədarük müddəti Azərbaycandan 25-50 gün, Qazaxıstandan 35-55 gün təşkil edəcəksə, Hörmüz boğazı vasitəsilə bu proses cəmi 20 günə başa gəlir.

Qeyd edək ki, INPEX korporasiyası Azərbaycandakı "Azəri-Çıraq-Günəşli" və Qazaxıstandakı "Kaşağan" neft-qaz yataqlarında müəyyən səhmlərə malikdir. Bu vaxta qədər korporasiya həmin mənbələrdən əldə edilən xam nefti spot satış qaydası ilə daha çox Avropa ölkələrinə ixrac edirdi. Ancaq Yaxın Şərq regionundakı gərgin vəziyyət və Yaponiya daxilində yanacaq qıtlığı riskləri fonunda rəhbərlik spot satışların müəyyən payını birbaşa olaraq öz daxili bazarına istiqamətləndirmək qərarını verib.

Избранный
2
4
bakivaxti.az

5Источники