RU

Axtarışda olan 29 nəfər SAXLANILIB

Azərbaycanda martın 27-də cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Избранный
24
49
nocomment.az

10Источники