RU

Azərbaycan Türkiyədən maşın hissələri və komponentləri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 30,043 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 % azdır.

Təkcə fevralda Türkiyə Azərbaycana 16,38 milyon ABŞ dolları dəyərində maşın hissələri və komponentləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,4 % azdır.

İki ayda Türkiyənin maşın hissələri və komponentləri ixracının ümumi dəyəri illik müqayisədə 6,7 % artaraq 1 milyard 704,979 milyon ABŞ dollarına, fevralda isə 10,5 % artaraq 892,563 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya 184,425 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 14,6 % çox), ABŞ 124 milyon ABŞ dolları (+48 %) və İtaliya 85,03 milyon ABŞ dolları (+32,1 %) dəyərində həyata keçirib.

Избранный
12
2
far.az

3Источники