RU

Biləsuvarda motosiklet aşdı - Xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, rayonun Aranlı kənd sakini, 1994-cü il təvəllüdlü Elnur Bayramovun idarə etdiyi motosiklet idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Samir Matıyev xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./Report

Избранный
41
3
bakivaxti.az

4Источники