RU

Türkiyədən Qara dəniz açıqlaması: Tədbirlər artırıldı!

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qara dənizdə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatlar və tədbirlərin bir hissəsi olaraq, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra, 26 mart 2022-ci ildən bəri kəşfiyyat və müşahidə, patrul və müəyyən edilmiş minaların, PUA-ların, eyni zamanda partlamamış hərbi sursatların zərərsizləşdirilməsi fasiləsiz davam etdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, bu günə kimi adıçəkilən ərazidə 275 şübhəli cisim aşkarlanıb:

“Bunlardan 10 mina, 8 kamikadze PUA və 11 pilotsuz kamikadze dəniz aparatı məhv edilib. Hazırda Qara dənizdə həftədə 4 dəniz patrulu və 4 PUA, eləcə də mina müşahidə fəaliyyətləri üçün helikopter uçuşları həyata keçirilir.

Bundan başqa, Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı davam edən müharibənin mənfi təsirlərinin qarşısını almaq üçün əsasən üzən minalara, PUA-lara və digər təhdidlərə qarşı görülən tədbirləri maksimum dərəcədə artırıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyəyə məxsus ALTURA adlı xam neft tankeri Qara dənizdə dronla vurulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
axar.az

1Источники