U-19 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, İlham Yadullayevin baş məşqçilik etdiyi komanda Şimali İrlandiya ilə qarşılaşıb.
B Liqasının 6-cı qrupunun matçı millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yığmamızın yeganə qolunu matçın 25-ci dəqiqəsində Tuncay Əhmədov vurub.
Xatırladaq ki, millimiz ilk oyunda Litvaya uduzub - 0:4.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта