Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda baş verib.
Məlumata görə, minik maşınının “KamAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"