RU

Minik avtomobili “KamAZ”a çırpıldı, sürücü hadisə yerində öldü

Qazax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Избранный
37
1
yenisabah.az

2Источники