RU

“Hizbullah” yeni silahı işə saldı: İsrail texnikası bir-bir sıradan çıxır - Şok görüntü

Yaxın Şərqdə hərbi qarşıdurma yeni mərhələyə daxil olur – “Hizbullah” döyüş meydanında taktikanı dəyişərək FPV dronlardan geniş istifadə etməyə başlayıb.

Musavat.com xəbər verir ki, yayılan son görüntülərdə İsrail ordusuna məxsus “Namer” tipli zirehli döyüş maşınının bu tip dronla dəqiq zərbə nəticəsində sıradan çıxarıldığı əks olunur.

Məlumatlara görə, sözügedən texnika FPV dronlara qarşı xüsusi müdafiə sistemləri ilə təchiz olunmadığından hücuma qarşı həssas olub. Bu isə göstərir ki, müasir döyüş şəraitində ən ağır və bahalı zirehli texnika belə yeni nəsil, ucuz silahlar qarşısında ciddi risk altındadır.

Hərbi ekspertlər bildirirlər ki, FPV dronların geniş tətbiqi müharibənin xarakterini dəyişir. Kiçik ölçülü, uzaqdan idarə olunan və yüksək dəqiqliklə hədəfə yönləndirilən bu vasitələr xüsusilə tanklar və zirehli maşınlar üçün ciddi təhlükəyə çevrilib.

Qeyd olunur ki, belə hücumların artması İsrail ordusunu təcili şəkildə əlavə elektron mübarizə sistemləri və aktiv müdafiə texnologiyaları tətbiq etməyə məcbur edə bilər. Əks halda, cəbhədə texniki itkilərin artacağı istisna edilmir.

Musavat.com

Избранный
22
29
musavat.com

10Источники