RU

Rusiya Yaxın Şərqdəki bu obyektlərin peyk görüntülərini İrana ötürüb - Zelenski dəqiq tarix və siyahı açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın İran üçün ABŞ hərbi bazalarının peyklə fotolarını çəkdiyini elan edib.

Musavat.com xəbər verir ki, o, öz Telegram kanalında Ukraynada olmadığı zaman gündəlik kəşfiyyat məlumatlarını internetdə aldığını qeyd edib: "Bu səhər İran adından hərəkət edən Rusiya peyklərinin Yaxın Şərq və Körfəz bölgəsindəki ABŞ hərbi obyektlərinin görüntülərini çəkdiyi barədə məlumat aldım. Xüsusilə aşağıdakı görüntülər çəkilib:

- 24 martda Rusiya peykləri Hind okeanındakı Çaqos adasında yerləşən ABŞ-Britaniya Dieqo Qarsiya hava bazasının görüntülərini çəkib. Onlar həmçinin Küveyt Beynəlxalq Hava Limanının və Böyük Burgan neft yatağının bir hissəsinin görüntülərini çəkiblər.

- 25 martda peyklər Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasının görüntülərini çəkiblər.

- 26 martda Şeyba neft və qaz yatağının (Səudiyyə Ərəbistanı), İncirlik Hava Bazasının (Türkiyə) və Əl-Udeid Hava Bazasının (Qətər) görüntüləri çəkilib.

Ukrayna obyektləri bu siyahıda yoxdur. Bəs hər gün pul qazanan təcavüzkara qarşı sanksiyaları ləğv etməklə, Amerika, Yaxın Şərq, Britaniya, Amerika-Britaniya bazalarına və s. hücumlar barədə məlumat ötürməklə kim kimə kömək edir?"

Zelenski qeyd edib ki, Rusiya peykləri Ukraynadakı obyektlərin fotosunu çəkəndə onlar həmin obyektlərin hücuma məruz qalacağını anlayır, müdafiəyə hazırlaşırlar: “Elektrik və su təchizatı, hərbi obyektlər və sair. Hər kəs yenidən fotoçəkmənin nə üçün aparıldığını bilir - onlar hazırlaşırlar. Əgər "ruslar" bunu edirsə, sanksiyalar necə qaldırıla bilər?"

Ukrayna prezidenti vurğulayıb ki, təcavüzkara təzyiq göstərilməlidir. Lakin sanksiyaların qaldırılması, əlbəttə ki, təzyiq demək deyil: “Qəribədir. Sanksiyalar qaldırılır, amma təcavüzkar hücum hədəflərinə, xüsusən də sanksiyaların qaldırılması barədə danışan və ya artıq onları ləğv edən ölkələrlə bağlı məlumatı düşmənə ötürür”.

Musavat.com

Избранный
62
musavat.com

1Источники