RU

Uşaqların sağlamlığı üçün yeni TÖVSİYƏLƏR

Böyük Britaniya hökuməti beş yaşdan kiçik uşaqlar üçün qadcet istifadəsini gündə bir saatla məhdudlaşdırmağı, iki yaşadək uşaqlarda isə ekran vaxtını demək olar ki, tamamilə istisna etməyi tövsiyə edib.

Hakimiyyet.az  xəbər verir ki, yeni tövsiyələr uşaqlarda sağlam vərdişlərin formalaşdırılması və inkişaf risklərinin azaldılması məqsədi daşıyır.

Baş nazir Kir Starmer bildirib ki, hökumət valideynlərə uşaqların erkən yaşlardan ekranlarla qarşılaşdığı "rəqəmsal dünyada" düzgün istiqamət tapmaqda kömək etmək niyyətindədir.

Tövsiyələrə əsasən, iki-beş yaşlı uşaqlar üçün ekran vaxtı mümkün qədər gündə bir saat və ya daha az olmalıdır. Ekspertlər qeyd edirlər ki, uşaqlarla birgə baxış və müzakirə onların idrak inkişafı üçün daha faydalıdır. Alternativ olaraq qiraət, stolüstü oyunlar, rəsm və canlı ünsiyyət tövsiyə edilir.

Həmçinin yemək zamanı və yatmazdan əvvəl ekran istifadəsinin tamamilə aradan qaldırılması məsləhət görülür. Bildirilir ki, həddindən artıq ekran istifadəsi yuxu problemləri, fiziki aktivliyin azalması və canlı ünsiyyətin zəifləməsi ilə əlaqələndirilir.

Mütəxəssislər valideynlərə öz rəqəmsal vərdişlərinə də diqqət yetirməyi və ailə daxilində "ekran fasilələri" tətbiq etməyi tövsiyə edirlər.(Oxu.az)

Избранный
17
4
hakimiyyet.az

5Источники