Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib...
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "HOWO" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvvəlüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov hadisə yerində ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.




Poliqon.info