RU

Yaxın Şərqdəki böhran Yunanıstan və Kiprdə turizmə ciddi zərər vurub

Yaxın Şərqdəki böhran yay mövsümünə hazırlaşan Kiprdə turizmə ciddi ziyan vurub.

AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, martın əvvəllərində ləğv edilmiş rezervasiyaların sayı maksimum həddə çatıb. Bəzi günlər üçün hətta bütün rezervasiyalar ləğv olunub. Son günlərdə vəziyyət nisbətən yaxşılaşsa da, turist sayında azalma ciddi olaraq qalır. Yunanıstanın turizm obyektləri də oxşar vəziyyətlə üzləşib.

Hər 2 ölkəyə əsas turist axını Yaxın Şərq regionundandır. Hava əlaqələrinin kəsilməsi sözügedən regiondan turist gəlişinin demək olar ki dayanmasına səbəb olub.

Yunanıstan və Kiprin büdcəsinin formalaşmasında turizm əsas yerlərdən birini tutur. Bu sektorda geriləmə ÜDM-in azalması və işsizliyin artması ilə nəticələnir. Kipr Mərkəzi Bankının proqnozuna görə Yaxın Şərqdə qarşıdurma 2 ay çəkəcəyi təqdirdə 2026-cı il üçün iqtisadi artım 3 deyil, 2,7 faiz olacaq.

Избранный
42
1
yeniazerbaycan.com

2Источники