RU

Qanlı səma: Avstraliyada qorxulu MƏNZƏRƏ

Ajans.az xəbər verir ki, Denham yaxınlığında fırtınanın təsiri ilə səma qan qırmızısı rəngə boyanıb. Bu nadir görüntü toz, yüksək rütubət və sıx bulud örtüyünün birləşməsi nəticəsində yaranıb. Sakinlərin sözlərinə görə, mənzərə həm təsirli, həm də qorxulu olub. Yerli əhali bu hadisəni “inanılmaz dərəcədə qorxunc” kimi qiymətləndirib. Bildirilir ki, 5500 kilometrdən çox məsafə qət edən siklon qeyri-adi trayektoriya üzrə hərəkət etdikdən sonra zəifləyərək subtropik sistemə çevrilib. Qeyd edək ki, qeyri-adi vizual effekt Denhamdakı istirahət parklarından birində, siklon sahilə yaxınlaşdığı vaxt qeydə alınıb.

Избранный
40
Ajans.az

1Источники