RU

Tofiq Musayev döyüşü qırılmış əllə davam etdirib VİDEO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanlı döyüşçü Tofiq Musayev Sietldə keçirilən “UFC Fight Night 271” turnirində çilili İqnasio Bahamondes üzərində qazandığı qələbədən sonra maraqlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Sietl şəhərinin onun üçün uğurlu olduğunu və burada keçirdiyi bütün döyüşlərdən qalib ayrıldığını bildirib.

O, rəqiblərinin gücündən çəkinmədiyini və hər zaman ən güclülərə qarşı mübarizə apardığını vurğulayıb:

“Şükürlər Allaha ki, qəlbi, niyyəti Allaha olan insanlar hər zaman döyüşdən qalib ayrılıblar. Bu hələ başlanğıcdır”.

Tofiq Musayev döyüş zamanı ciddi zədə aldığını, lakin buna baxmayaraq geri çəkilmədiyini də etiraf edib:

“Döyüş zamanı əlim qırılmışdı, döyüşü elə də davam etdim. Güclü xarakterli idmançı ağrıdan həzz alır. Ağrı varsa, acı varsa, biz yaşayırıq. İlk növbədə ağrı-acıya qalib gəlmək lazımdır”.

Döyüşçü növbəti hədəfinin Azərbaycanda keçiriləcək turnirdə iştirak etmək olduğunu qeyd edib:

“Həkimlər yoxlasın, sağlamlığım yerində olsa, Bakı kartında döyüşmək istəyirəm”.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
1
icma.az

2Источники