“Zirə”nin futbolçusu Leroy Mikels Ruanda yığmasında debüt edib.
"Football-plus.az" xəbər verir ki, hücumçu Qrenada ilə oyunda meydanda olub və 45+2-ci dəqiqəsində komandasının ilk qolunu vurub.
"Zirə"nin digər üzvü Anje Mutsinzi də Ruandanın heyətində növbəti matçına çıxıb. Leroy Mikelsin "Sabah"da oynayan qardaşı Coy-Lens Mikels də matçın iştirakçısı olub. Azərbaycanda oynayan hər üç futbolçu meydana start heyətində çıxıb.
Xatırladaq ki, oyun Ruandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта