RU

Londondan Tiflisə sanksiya hədəsi – Deputatlar "Gürcü Arzusu"nu hədəf aldı

Böyük Britaniya Parlamenti İcmalar Palatasının Xarici İşlər Komitəsi Gürcüstanın sürətlə Rusiyanın təsir dairəsinə düşərək "ikinci Belarus"a çevrilməsi barədə rəsmi Londonu xəbərdar edib və "Gürcü Arzusu" hökumətinə qarşı təcili sanksiyalar tətbiq etməyə çağırıb.

Musavat.com-un Britaniya parlamentinin hesabatına istinadən yaydığı məlumata görə, komitə üzvləri ölkədə demokratiyanın kəskin pisləşməsindən və Gürcüstanın Belarus modelinə bənzər bir avtokratiyaya sürüklənməsindən dərin narahatlıqlarını ifadə ediblər.

Hesabatda qeyd olunur ki, Avropa İttifaqına üzvlük danışıqlarının dayandırılması, müxalifətə təzyiqlər və etiraz aksiyalarının məhdudlaşdırılması birbaşa Moskva ilə koordinasiyalı şəkildə həyata keçirilən "Rusiya modeli"nin tətbiqidir. Britaniyalı deputatlar rəsmi Londonu "Gürcü Arzusu"nun yüksək vəzifəli şəxslərinə, həmçinin dezinformasiya yayan media qurumlarına qarşı sərt maliyyə və viza sanksiyaları tətbiq etməyə səsləyib.

Qeyd olunur ki, Britaniyanın bu addımı Gürcüstanın Qərbdəki diplomatik izolyasiyasını daha da dərinləşdirə bilər. Tiflisdəki hökumət isə bu ittihamları suverenliyə müdaxilə kimi qiymətləndirərək rədd edib.

Musavat.com

Избранный
36
2
musavat.com

3Источники