RU

Azərbaycan “Babək”ni itirdi... Video

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Türkiyədə vəfat edib.

“Qafqazinfo” 78 il yaşasa da, yaddaşlarda iz qoyan aktyorun həyat və fəaliyyəti ilə bağlı məlumatları təqdim edir:

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirən aktyor 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan məzun olub.

Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.

Oynadığı “Nəsimi” , “Babək” , “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Rasim Balayevin çoxsaylı filmlərdə rol almasına baxmayaraq onun yaradıcılığının zirvəsi “Babək” filmində oğlu Buğdayla dialoqu olub.

Filmdən həmin fraqmenti təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
40
qafqazinfo.az

10Источники