RU

Bakıda kanalizasiya problemi: İllərin diqqətsizliyi

Araşdırmalar göstərir ki, keçən əsrin 80-ci illərin ortalarından başlayaraq Bakının su kanalizasiya sisteminə ciddi investisiya qoyulmayıb.

Missiya.Az "Bakupost"a istinadən xəbər verir ki, 1985-ci ildən bu tərəfə olan investisiyalar simvolik xarakter daşıyıb və əsasən də içməli su problemini çözməyə yönəlib. Yəni birinci növbədə bu məsələni həll etməyə çalışırlar.

Kanalizasiya və yağış zamanı küçələri suyun basması kimi hadisələr isə insanları ancaq yağıntı dövründə narahat edir. Onu da bildirək ki, Oğuz-Qəbələ, Kürdən gələn yeni xətt, Ceyranbatandan gələn əlavə Samur-Abşeron kanalı, Taxta Körpü Su Anbarı Abşeronun içməli suya tələbatını ödəmək üçün nəzərdə tutulan layihələrdir.

Prosesin gedişi belə deməyə əsas verir ki, lazımi qədər vəsait ayrılsa, bu məsələlər çözülə biləcək işlərdir. Nəzəri və praktik olaraq onun həll yolları, işi görəcək mütəxəssislərimiz, tikinti şirkətləri də var.

Избранный
20
missiya.az

1Источники