RU

Dağıstanın su altında qalmış bölgələrindən üç mindən çox sakin təxliyə edilib - YENİLƏNİB

Dağıstanın su basmış rayonlarından 3 338 nəfər, o cümlədən 1 033 uşaq təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidmətindən bildirilib.

"Region ərazisinə güclü yağıntıların düşməsi nəticəsində ilkin olaraq 760 yaşayış evi və 950 həyətyanı sahə su altında qalıb", - məlumatda deyilir.

Mətbuat xidmətindən əlavə edilib ki, əhaliyə yardım göstərilməsi işləri davam edir. Vəziyyətin ən mürəkkəb olduğu rayonlarda qüvvə və vasitələrin yerdəyişməsi operativ şəkildə həyata keçirilir. Xilasedicilər sakinləri yüksək keçid qabiliyyətli texnikanınvə üzən vasitələrin köməyi ilə təhlükəsiz zonalara çatdırırlar.

Toplanmış zibilin təmizlənməsi və daşınması üçün əlavə qüvvələr cəlb edilib. Ümumilikdə fəsadların aradan qaldırılmasına 670-dən çox şəxs və 224 ədəd texnika cəlb olunub.

Dağıstanın Xasavyurd rayonu ərazisində leysan yağışları səbəbindən 460-dan çox ev su altında qalıb.

"Report" xəbər verir ki, bu barədə rayon rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Bahautdin Mamayev bildirib, onun sözləri rayon administrasiyasının "Telegram" kanalında yer alıb.

Məlumata görə, hazırda əhalinin təxliyəsi aparılır.

"Hazırda 468 ev subasmaya məruz qalıb, yerli əhalinin tam təxliyəsi aparılır", - hakimiyyət nümayəndəsi dəqiqləşdirib və əlavə edib ki, sakinlər "UAZ" və "KamAZ" avtomobillərinin köməyi ilə daşınır. Ərazidə üç müvəqqəti yerləşdirmə məntəqəsi təşkil edilib.

Bundan başqa, Botayurddakı tibb müəssisəsindən 43 xəstə təxliyə edilib.

Daha əvvəl Dağıstan rəhbəri Sergey Məlikov məlumat vermişdi ki, subasmalar nəticəsində respublikanın təxminən 110 min sakini hələ də elektrik enerjisi təchizatından məhrumdur. Yerlərdə qəza-bərpa tədbirləri davam etdirilir.

Избранный
63
7
far.az

10Источники