RU

"Xalqımızı növbəti qələbə ilə sevindirmək istəyirik" - Qismət Alıyev

style='margin-bottom:10px;'>

Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Syerra Leone yığması ilə üz-üzə gələcək.

QOL.az xəbər verir ki, yığmamızın üzvü Qismət Alıyev matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. O, qarşıdakı matçın əhəmiyyətini və komandanın hədəflərini bu cür dəyərləndirib:

"Sabah millimiz üçün növbəti önəmli sınaq olacaq. Belə yoldaşlıq görüşlərinin keçirilməsi UEFA Millətlər Liqası üçün çox vacibdir. Bildiyiniz kimi, komandada qələbəsizlik seriyası var idi, lakin son oyunda inamlı çıxış edərək bu tilsimi qırmağı bacardıq. Sabahkı matçda da meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı növbəti qələbə ilə sevindirək".

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Избранный
24
44
teleqraf.com

10Источники