“WhatsApp” üçün bir sıra yeni funksiyalar istifadəçilərə təqdim edilib.
Platformada uzun müddətdir test edilən yeniliklərdən 6-sı artıq rəsmi olaraq istifadəyə verilib.
Yeni funksiyalar əsasən yaddaş idarəetməsi, platformalararası çat köçürülməsi, eyni telefonda iki hesab istifadəsi və dizayn yeniliklərini əhatə edir.