RU

Azərbaycan “Babək”ini itirdi... - Video

Xəbər verdiyimiz kimi,Xalq artisti Rasim Balayev Türkiyədə vəfat edib.

Aznews.az 78 il yaşasa da, yaddaşlarda iz qoyan aktyorun həyat və fəaliyyəti ilə bağlı məlumatları təqdim edir:

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirən aktyor 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan məzun olub.

Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib.

Oynadığı “Nəsimi” , “Babək” , “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Избранный
4
2
aznews.az

2Источники