Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Müqaviləm ilin sonuna qədər qüvvədədir" - Millinin baş məşqçisi
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series - 2026” turniri çərçivəsində Syerra Leone yığması ilə keçiriləcək qarşılaşmadan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının hazırlığı ilə yanaşı, yığmadakı gələcək karyerası ilə bağlı vacib məqamlara toxunub:
"Klubla müqaviləm yayda başa çatır. Milli komanda ilə də belə bir danışığımız olub ki, yay toplanışından sonra bütün mövzuları ətraflı müzakirə edəcəyik. Ümumilikdə ilin sonuna qədər müqaviləm qüvvədədir. Hazırda bu turnir bizim üçün çox önəmlidir, gələcək fəaliyyətimlə bağlı yekun qərarlar isə daha sonra veriləcək".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.