RU

Xameneinin “fətvası” qüvvədən düşdü - CNN-dən şok yazı

CNN nəşrində dərc olunan rəy yazısında İranın keçmiş ali dini lideri Əli Xamenei ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb.

Musavat.com xəbər verir ki, məqalədə bildirilir: Xamenei uzun illər ərzində İranda nüvə silahının hazırlanması ilə bağlı daxili təzyiqlərə qarşı çıxıb və bu istiqamətdə hətta xüsusi dini hökm – fətva verərək belə bir addımı qadağan edib.

Yazıda qeyd olunur ki, o, nüvə zənginləşdirmə ilə real bomba istehsalı arasındakı “qırmızı xətti” keçməkdən imtina edib.

Lakin rəy müəllifi iddia edir ki, Xameneinin İsrail və ABŞ tərəfindən “aradan götürülməsi”ndən sonra bu fətva faktiki olaraq qüvvəsini itirmiş hesab olunur.

Bu isə İranın nüvə siyasətində yeni mərhələnin başlaya biləcəyi ehtimallarını gündəmə gətirir.

Musavat.com

Избранный
36
50
musavat.com

10Источники