RU

Telefonlar sinifdən çıxarıldı məktəblərdə inqilabi dəyişiklik

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Niderlandda məktəblərdə tətbiq edilən telefon qadağası gözlənilməz nəticələr ortaya çıxarıb.

Musavat.com xəbər verir ki, 2024-cü ildən etibarən ölkənin məktəblərində smartfon, ağıllı saat və planşetlərin istifadəsi tam şəkildə məhdudlaşdırılıb. Qadağa yalnız dərs zamanı deyil, həm də fasilələrdə, dəhlizlərdə və yeməkxanalarda tətbiq olunur.

İki il davam edən bu təcrübənin nəticələrinə görə, məktəblərin 75 faizi dərslərdə diqqətin əhəmiyyətli dərəcədə artdığını bildirib. Təxminən 65 faiz təhsil müəssisəsi şagirdlər arasında münasibətlərin yaxşılaşdığını, 30 faizi isə akademik göstəricilərdə yüksəliş qeydə alındığını açıqlayıb.

Araşdırmalar həmçinin göstərir ki, bullinq halları azalıb, şagirdlər arasında canlı ünsiyyət isə nəzərəçarpacaq dərəcədə artıb. Müəllimlər qeyd edir ki, telefonların olmaması dərs prosesində intizamı gücləndirib və şagirdlərin diqqətini daha yaxşı cəmləməsinə imkan yaradıb.

Hazırda ölkədə daha sərt addımlar da müzakirə olunur. Belə ki, 16 yaşadək uşaqlar üçün TikTok, Instagram və Snapchat kimi platformalara girişin məhdudlaşdırılması ideyası gündəmdədir. Sorğular göstərir ki, yeniyetmələrin əhəmiyyətli hissəsi belə bir təşəbbüsü dəstəkləyir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
2
cebheinfo.az

3Источники