RU

Beynimizi texnologiyaya qurban veririk AI bizi axmaqlaşdırır

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Süni intellekt texnologiyaları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xəbərlərdən sosial mediaya, təhsildən iş proseslərinə qədər bir çox sahədə istifadə olunur. Bu texnologiyalar məlumat əldə etməyi asanlaşdırsa da, bəzi ekspertlər həddindən artıq asılılığın düşünmə qabiliyyətinə, diqqətə və yaradıcılığa təsir edə biləcəyini bildirirlər. Xüsusilə hazır cavablara tez öyrəşmək insanın analiz etmək, müqayisə aparmaq və müstəqil qərar vermək bacarıqlarını zəiflədə bilər. Digər tərəfdən, düzgün və balanslı istifadə olunduqda süni intellekt öyrənməni və inkişafı gücləndirə də bilər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Naib Niftəliyev deyib ki, texnologiyadan istifadə istənilən halda zəruri və faydalıdır:“Lakin texnologiyadan düzgün istifadə etmək, onu necə və hansı həddə tətbiq etməyi bacarmaq, eləcə də “qırmızı sərhədləri” tanımaq son dərəcə vacibdir. Həddindən artıq texnologiyaya aludə olmaq insanların düşünmə qabiliyyətini müəyyən dərəcədə zəiflədə bilər. Bu, daha çox sosial təzahür kimi özünü göstərir, psixoloji təsirləri isə nisbətən arxa planda qalır. Ümumilikdə, insan yaddaşının möhkəm olması və kəskin gərginlik olmadan müəyyən kiçik stresslər yaşaması vacib hesab olunur. Bu sahədə birbaşa geniş tədqiqatlar olmasa da, müşahidələr əsasında müəyyən nəticələrə gəlmək mümkündür. Həm sosioloji, həm də psixoloji müşahidələr göstərir ki, texnologiyaya həddindən artıq qapanmaq insanların ənənəvi axtarış vərdişlərini və bəzi şəxsi keyfiyyətlərini qismən məhdudlaşdıra və ya zəiflədə bilər”.O bildirib ki, insan bu səbəbdən düşünmək qabiliyyətini tam itirmir:“Lakin gündəlik stresslər və problemlər davranış və fəaliyyət keyfiyyətlərinə müəyyən mənfi təsir göstərə bilər. Bu təsirin maksimum səviyyəyə çatması istisna edilsə də, müəyyən hallarda 20-30 faiz həcmində reaksiyaların müşahidə olunması mümkündür və bu, müəyyən mənada normal sayılır. Belə hallarda əsas məsələ ondan ibarətdir ki, insan düşünmək istəmədikdə onu buna vadar etmək çətin olur. Texnologiyalar isə istifadəçilərə müəyyən üstünlüklər təqdim edir və insanlar bu imkanlardan yararlanmağa çalışır. Ən düzgün yanaşma düşünmə qabiliyyəti ilə texnologiyadan istifadəni paralel şəkildə inkişaf etdirmək, hər iki istiqamətdə balansı qorumaqdır. Bu, həm fərdi inkişaf, həm də ümumi fəaliyyət baxımından daha məqsədəuyğun hesab olunur”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
78
demokrat.az

1Источники