RU

Rasim Balayevin “oğlu” danışdı: “Mənə görə gecə yuxusuna haram qatıb çəkilişə gəldi...” - “Babək” filminin BUĞDAYI-ÖZƏL+FOTO

“Rasim Balayevin xəstəliyinin ağırlaşması xəbərini eşidəndə kinoittifaqa zəng edib, soruşdum. Dedilər ki, müalicə olunur. Bundan əvvəl görüşmüşdük. Bilirdim ki, şəkər xəstəliyi var. Bir də panik-atak idi. Onkoloji xəstəliyinin olduğunu bilmirdim. Saytlarda oxudum. Görünür istəmirdiki xəstəliyini bilsinlər. Mən onunla dost olmuşam. Cavanlıqda da, bu gün də. Son vaxtlarda da tez-tez görüşürdük. Mənə deyirdi ki, “müəllim demə, təkcə Rasim de”.
 
Bunu Moderator.az-a açıqlamasında “Babək” filmində Rasim Balayevin oğlu Buğday rolunu oynayan aktyor Məhəmməd Verdizadə deyib.
 
O daha sonra əlavə edib:
“Rasim hər kəsin xatirində tarixi şəxsiyyətlərin obrazını oynayan aktyor kimi qaldı. Biz Nəsimini tanımırdıq ki.. Nəsimi rolunu oynadı, xalq rəssamı Mikayıl Abdullayev də filmdəki Nəsimi obrazını çəkdi. Hamı ona Nəsimi deyirdi. O “Babək” filmində baş qəhrəmanın dilindən deyirdi ki, “Mən Azərbaycanı azad görməyincə qılıncı əlimdən yerə qoyan deyiləm”. Bu söz 30 il bizə ürək-dirək verdi, ayağa qaldırdı, ruh verdi. Bu sözləri o vaxt demək böyük risk idi. Bu sözlər Sovet illərində  deyilmiş sözlər idi. Dövr dəyişdi, zaman dəyişdi, kino yox oldu. Rasim rejissor aktyoru idi. Böyük rejissorlar gedəndən sonra Rasim oynamadı. Rejissor bilirdi o nə istəyir? “Nəsimi” filminə çəkiləndə onun 17-20 yaşı olub. İndi hansı gənc aktyor o rolu həmin yaşda oynaya bilər ki?! O anadangəlmə aktyor idi. Oxumaqla da deyil” .
Aktyor “Babək” filmi ilə bağlı xatirələrini də bizimlə bölüşüb:
 
“Büğdayın ölüm səhnəsi gecə saat 1 də çəkildi.. Epizodlar ayrı- ayrı çəkilirdi , yəni Rasimin mənə baxıb “oğlum" deməsi gündüz çəkildi , mənim epizodum isə gecə. Mənim üçün, tələbə üçün bu səhnə çox çətin və məsuliyyətli səhnə idi. Düzü axşam gəldim kinostudiyaya epizodu fikirləşirdim , tək tənha. Çəkiliş başladı, mizan verildi, məşq başladı, məni qucağında gətirib yerə qoyanda, gördüm Rasim kameranın düz yanında dayanıb "mənə bax" deyir. İnanın nə qədər sevindim. Məşhur bir aktyor gecə vaxtı, gənc tələbəyə görə gəlib mənə kömək edirdi. Həəə, o belə bir aktyor idi. Heç bir dünya aktyoru bir uşağa görə gecə yuxusuna haram qatıb, gəlib orada dayanmazdı. Rasim böyük, çox məşhur, fitri bir insan idi. Daha qalmadı Rasim! Axırıncı böyük aktyor idi. Kinomuz bir daha belə bir aktyor görməyəcək! Mən çox xoşbəxt bir aktyoram ki, onunla bir səhnəni bölüşmüşəm. Allah bunu mənim həyatıma bəxş etdi”, - deyə sənətkar bildirib.
Избранный
26
moderator.az

1Источники