RU

Paşinyan Baş nazir postuna NAMİZƏD SEÇİLDİ

Nikol Paşinyan Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Vətəndaş Müqaviləsi Partiyasının seçki siyahısına rəhbərlik etmək və Ermənistanın Baş naziri vəzifəsinə namizəd olmaq şərəfinə nail olmaq üçün mənə bir daha etimad göstərdikləri üçün bütün partiya yoldaşlarıma təşəkkür edirəm”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Vətəndaş Müqaviləsi Partiyasının daxili seçkiləri gizli səsvermə ilə iki mərhələdən ibarət olub və komissiyanın sədri Akop Arşakyan tərəfindən təşkil edilib.

Избранный
7
1
konkret.az

2Источники