Azərbaycan I Liqa klubu “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlinin postundan ayrılacağı ilə bağlı iddialar var.
Gənc mütəxəssis bu barədə İdmanxeber.az saytına açıqlama verib. O, yazılanların doğru olmadığını bildirib:
“Şəfa” ilə 1+1 illik müqaviləm var. Komanda Premyer Liqaya vəsiqə qazansa, sözləşməm avtomatik yenilənir. Rəhbərlik bu barədə mənə dəfələrlə dəstək olub. Onlar bildirib ki, mətbuatda yazılan xəbərlərdən məlumatımız var. Ancaq iddialar doğru deyil. Yazılanlara fikir verməməyimi və yola mənimlə davam edəcəklərini deyiblər”.
Xatırladaq ki, “Şəfa” hazırda Azərbaycan I Liqasında liderdir.