RU

Yevlaxda ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat etdi

Yevlaxda ot bağlamalarının üzərindən yıxılaraq xəsarət alan 72 yaşlı şəxs ölüb.

Bizim.Media xəbər verir ki, hadisə martın 1-i rayonun Qoyunbinəsi kəndinin ərazisində baş verib.

Belə ki, Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Abbas oğlu Tağıyev ot bağlamalarının üzərindən yıxılması nəticəsində boyun nahiyəsindən xəsarət alıb.

Xəstəxanaya gətirilən şəxs martın 28-i orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Избранный
18
6
bizim.media

10Источники